"Neftçi"nin baş məşqçisi Adrian Mutunun komandasında görmək istədiyi ilk futbolçu müəyyənləşib. 

Bu ÇFR-in mərkəz müdafiəçisi Yuri Matiasdır. Artıq "Neftçi" və ÇFR arasında danışıqların başladığı da bildirilir. Rumıniya klubu 28 yaşlı arxa xətt oyunçusu üçün 500 min avro tələb edir. Qeyd edək ki, ÇFR Yuri Matiası 2022-ci ilin fevral ayında "Qaz Metan"dan transfer edib. Braziliyalı futbolçu son mövsümdə komandanın heyətində meydana çıxdığı 51 rəsmi  matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Klubu ilə 1 illik müqaviləsi olan oyunçunun "Transfermakt" saytında dəyəri 1 milyon 800 min avrodur.